Türkiyəli nazir: "Dünya BMT-nin bir qərarı ilə fəlakətə aparılır"

“Dünya BMT Təhlükəsizlik Şurasının (TŞ) bir qərarı ilə fəlakətə aparılır”.

“Report” xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Yılmaz Tunç deyib.

O bildirib ki, bu, ədalətli deyil: “BMT-nin digər altqurumları da lazımi formada işləmir. İnanırıq ki, beynəlxalq qurumlar da nə vaxtsa ədalətin səsini eşidəcək”.