Mirzoyan britaniyalı nazirə "Sülhün kəsişməsi" layihəsini təqdim edib

Londonda Emənistan xarici işlər naziri Ararat Mirzoyanla Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Leo Dokertinin iştirakı ilə Ermənistan-Böyük Britaniya strateji dialoqunun ilk görüşü keçirilib.

APA xəbər verir ki, bu barədə Ermənista Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, təkbətək formatda başlayan görüş daha sonra geniş tərkibdə davam edib.

Ermənistan XİN bildirib ki, görüş zamanı tərəflər Cənubi Qafqazda təhlükəsizlik və sabitlik məsələlərini, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesini hərtərəfli müzakirə ediblər.

"Nazir Mirzoyan oktyabrda Qranadada keçirilmiş dördtərəfli görüşdən sonra qəbul edilmiş bəyanatda əksini tapan prinsiplər əsasında sülh prosesində irəliləyişin vacibliyini vurğulayıb. Regional kanallarının açılması kontekstində Mirzoyan Ermənistan tərəfindən hazırlanmış “Sülh yollarının kəsişməsi” layihəsini təqdim edib və onun həyata keçirilməsi nəticəsində Ermənistanın və bütövlükdə regionun sabitliyi və inkişafı üçün gözlənilən üstünlükləri vurğulayıb", - deyə Ermənistan XİN bildirib .