HƏMAS Qəzzaya nəzarəti itirib - İsrailin müdafiə naziri

Fələstinin "HƏMAS" hərəkatı Qəzza zolağına nəzarəti itirib, tərəfdarları cənub istiqamətində qaçır.

Trend-in məlumatına görə, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant deyib.

Onun sözlərinə görə, yerli mülki əhali onların bazalarını talan edir:

"HƏMAS-ın İsrail Müdafiə Qüvvələrini dayandıracaq qüvvələri yoxdur. İsrail Müdafiə Qüvvələri bütün istiqamətlərdə irəliləyir. HƏMAS Qəzzaya nəzarəti itirib. Terrorçular cənuba qaçır. HƏMAS bazaları mülki şəxslər tərəfindən talan edilir. Onların hökumətə inamı yoxdur".