Blinken etiraf etdi: Qəzzaya görə ABŞ-da fikir ayrılıqları var

ABŞ dövlət katibi Entoni Blinken Fələstin-İsrail münaqişəsində Bayden administrasiyasının mövqeyi ilə bağlı Dövlət Departamentində fikir ayrılıqlarının yarandığını etiraf edib.

Axar.az xəbər verir ki, bu barədə CNN ABŞ Dövlət Departamentinin əməkdaşlarına göndərilən elektron poçta istinadən məlumat yayıb.

“Departamentdə bəzi insanlar qəbul etdiyimiz yanaşmalarla razılaşmaya və ya daha yaxşı nəsə edə biləcəyimiz bir şeyin olduğunu düşünə bilər. Bu fərqləri müzakirə etmək üçün Vaşinqtonda xüsusi forumlar təşkil edilir, ABŞ-ın dünya üzrə nümayəndəliklərində rəy bildirmək və yeni ideyaları dinləmək üçün səmimi müzakirələr keçirilir”, - məlumatda deyilib.

Məktubda Blinken Fələstin mülki vətəndaşlarının əziyyətlərini azaltmaq üçün daha çox iş görülməli olduğunu qeyd edib.