Robert Koçaryanın oğlu deputat kimi parlamentdə and içib

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan deputat kimi noyabrın 14-də parlamentdə and içib.
“Report” verir ki, məlumatı Ermənistan KİV-i yayıb.
Qeyd edək ki, L.Köçəryan sentyabrın 22-də Ermənistanın Baş naziri Nikol Paşinyanın əleyhinə keçirilən etiraz aksiyası zamanı saxlanılmışdı. Oktyabr ayında həbs müddəti iki ay müddətinə uzadılmışdı. Müxalifətdə olan “Hayastan” fraksiyasının deputatı Armen Çaryanın mandatdan imtina etməsi nəticəsində Levon Koçaryan parlament üzvü olub. Deputat toxunulmazlığı statusu ilə azadlığa buraxılıb. O, fəaliyyətini müxalifətdə olan “Hayastan” fraskyasında davam etdirəcək.