İsveçin NATO-ya qəbulu TBMM-də müzakirəyə çıxarılır

İsveçin NATO-ya üzvlüyünün təsdiqini nəzərdə tutan layihə noyabrın 16-da Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komissiyasında müzakirəyə çıxarılacaq.
“Report” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Komissiya iclasda bəzi beynəlxalq müqavilələrə dair qanunvericilik təkliflərini də müzakirə edəcək.