Ərdoğanın Yunanıstana səfər tarixi açıqlanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 7-si Yunanıstana səfər edəcək.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bildirib.

O, Ərdoğanla görüşün iki ölkə arasında münasibətlər üçün vacib addım olduğunu vurğulayıb. Səfər çərçivəsində Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısı da keçiriləcək.