Rusiya və Macarıstan AES tikintisi barədə razılığa gəlib

Macarıstan və Rusiya Pakş 2 AES-in tikintisinə dair müqavilə imzalayıb.

APA-nın məlumatına görə, bu barədə Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyarto bildirib.

"Biz Pakş 2 üçün tikinti qrafiki imzaladıq, onun əsasında növbəti onilliyin əvvəlində yeni AES-i şəbəkəyə birləşdirəcəyik. Bu, uzun bir yol idi, amma nəhayət tikinti haqqında danışırıq, sənədlərlə bağlı deyil,” Szijjarto bildirib.

Pakş AES ötən əsrdə sovet layihəsi üzrə tikilib və ümumi gücü 2000 MVt olan dörd VVER-440 tipli enerji blokuna malikdir. Enerji bloklarının istismar müddəti 2032-2037-ci illər arasında başa çatacaq.