Putinin seçki qərargahına kim rəhbərlik edəcək?

Rusiya prezidenti Vladimir Putinin rəsmi seçkiqabağı qərargahına Kremlin daxili siyasət idarəsinin rəhbəri Andrey Yarin rəhbərlik edəcək.

Trend bu barədə Rusiya KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, Yarin qərargaha bir şərtlə rəhbərlik edəcək ki, Putin seçkilərdə namizədliyini irəli sürməyə qərar versin.

Qərargahın iştirakçılarının siyahısı demək olar ki, artıq formalaşıb.

Qərargaha Kremlin bir neçə departamentinin əməkdaşları, o cümlədən hakim “Vahid Rusiya” partiyasının nümayəndələri daxil olacaq.