Ermənistan müdafiə xərclərini artırdı

Ermənistan hakimiyyəti 2024-cü ildə əsaslı xərclərin 41%-ni müdafiə sektorunu dəstəkləməyə yönəldəcək.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinə təqdim olunan “2024-cü il dövlət büdcəsi” layihəsində deyilir.

“Beləliklə, 2024-cü ildə əsaslı xərclər artaraq 710 milyard dram təşkil edəcək. Ümumilikdə, Müdafiə Nazirliyinə 555 milyard dram ayrılacaq ki, bu da 2023-cü illə müqayisədə 7% çoxdur. Müdafiə xərcləri ÜDM-in 5,3%-ni təşkil edəcək”, - məlumatda deyilir.