KİV: Fransa məhkəməsi Bəşər Əsədin həbsinə order verib

Fransa məhkəməsi Suriya Prezidenti Bəşər Əsədin həbsinə order verib.
APA xəbər verir ki, bu barədə AFP öz mənbələrinə istinadən məlumat yayıb.
Fransa 2013-cü ildə kimyəvi silahlardan istifadə edərək etdiyi hücumlara görə, insanlığa qarşı cinayətlərdə iştirakda ittiham olunan Suriya Prezidenti Bəşər Əsədin həbsinə beynəlxalq order verib.
Ədliyyə mənbəsinin AFP-yə verdiyi məlumata görə, Əsəd 2013-cü ilin avqustunda Dəməşq yaxınlığında 1400-dən çox insanın ölümünə səbəb olan hücumlara görə hərbi cinayətdə iştirakda şübhəli bilinir.