Lavrov: İranın təmkin nümayiş etdirməsini zəiflik kimi qəbul etmək böyük səhv olar

İranın təmkin nümayiş etdirməsini zəiflik kimi qəbul etmək böyük səhv olar.
APA xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov yerli “Russia Today” (RT) telekanalına müsahibəsi zamanı HAMAS-İsrail münaqişəsini şərh edərkən bildirib.
“Mən nə İranın, nə də digər ölkənin regionda genişmiqyaslı müharibə başlamağa həvəs göstərdiyini görürəm. Problem ondadır ki, əgər bu təmkin zəiflik kimi qəbul edilərsə, Qəzzada istədiyini edə bilmək üçün yaşıl işığın yandırılması kimi qəbul edilərsə, böyük səhv olar”, - deyə nazir bildirib.