Ərdoğan: Türkiyə İsveçin NATO-ya üzv olmasına dair prosesdəki addımlarını izləyir

Türkiyə İsveçin NATO-ya üzv olmasına dair prosesdəki addımlarını izləyir.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.
O, İsveçin NATO-ya daxil olması protokolu ilə bağlı qanun layihəsinin hazırda Türkiyə Böyük Millət Məclisinin müvafiq komissiyasında nəzərdən keçirildiyini xatırladıb.