Ərdoğan İtaliyanın Baş naziri ilə telefonla danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İtaliyanın Baş naziri Giorgia Meloni ilə telefon danışığı olub.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, danışıq zamanı İsrailin Qəzzadakı hərbi əməliyyatları, bölgədəki humanitar böhran müzakirə edilib.