AK Polşanı Ukraynaya görə cəzalandıra bilər

Avropa Komissiyası Polşanı Ukrayna ilə sərhəd keçid məntəqələrini bağladığına görə cəzalandıra bilər.
Axar.az xəbər verir ki, bu barədə RMF FM radiostansiyası məlumat yayıb.
“Polşa daşıyıcıları etiraz əlaməti olaraq 10 gündür ki, keçid məntəqələrini bağlayırlar. Brüssel açıq şəkildə səbrini itirir. Orada düşünürlər ki, Varşava problemləri həll etmək üçün mümkün olan hər şeyi etmir”, - məlumatda deyilir.