Zurabişvilinin impiçmenti üzrə səsvermədə iştirak etməyən vitse-spikerin mandatı əlindən alınıb

Zurabişvilinin impiçmenti üzrə səsvermədə iştirak etməyən vitse-spikerin mandatı əlindən alınıb
Gürcüstan parlamenti hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasından olan vitse-spiker David Sergeyenkonun mandatını əlindən alıb.
“Report” xəbər verir ki, David Sergeyenko prezident Salome Zurabişvilinin impiçmenti zamanı iclasda iştirak etməyib.
Mandatın alınmasının lehinə 78, əleyhinə 2 nəfər səs verib.
“Cənab Davidə parlamentdə fəaliyyətinə görə minnətdarlıq bildiririk və gələcək işlərində uğurlar arzulayırıq”, - Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili səsvermədən sonra deyib.