İsveçrə silahlarının Ukraynaya mümkün satışını araşdırmaq istəyir

İsveçrənin İqtisadiyyat Nazirliyi Ukraynanın Polşa şirkətlərindən biri vasitəsilə ölkənin sursatını əldə edə bildiyinə dair bir sıra nəşrlərin xəbərləri ilə bağlı araşdırma aparmaq niyyətindədir.
APA xəbər verir ki, bu barədə Frans-Press məlumat yayıb.
Bildirilir ki, Bern neytral statusa malik olduğuna görə ondan aldığı silahları başqa dövlətlərə satmağı qadağan edib. Bunun üçün İsveçrənin xarici tərəfdaşları ölkə hökumətinin razılığını almalıdırlar.