İsveç Türkiyəyə terrorla mübarizə planını təqdim edəcək

İsveç NATO-ya üzvlük prosesi çərçivəsində Türkiyəyə terrorla mübarizə üçün yol xəritəsi təqdim edəcək.

Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapara deyib.

“İsveçin Şimali Atlantika Alyansına qoşulması Avroatlantik regionu daha təhlükəsiz edəcək, həmçinin Ankara ilə Stokholm arasında ikitərəfli əlaqələrin inkişafına töhfə verəcək. İsveçin Ankaranın təhlükəsizlik sahəsində, ilk növbədə terror təşkilatı PKK ilə mübarizədə qanuni narahatlıqları baxımında təsəvvürlərində müsbət dəyişikliklər var”, - o bildirib.