Türkiyə kəşfiyyatı PKK/YPG-nin rəhbərlərindən birini məhv edib

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK/YPG terror qruplaşmasının rəhbərlərindən biri olan Ali Subaşı məhv edib.
“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
O, Suriyanın şimalında keçirilən əməliyyat nəticəsində zərərsizləşdirilib.
A. Subaşının qruplaşmanın ideoloji məsələlər üzrə “məsul şəxsi” olduğu bildirilib.