Ermənistan Roma Statutunun ratifikasiya sənədini BMT-yə təqdim etdi - FOTO

Ermənistan Roma Statutunun ratifikasiya sənədini saxlanması üçün BMT-yə təqdim edib.
Bu barədə Fransa xarici işlər naziri Ketrin Kolonna öz “X” hesabında paylaşım edib.

“Və budur, hazırdır, Ermənistan ratifikasiya sənədini BMT-yə təqdim etdi. İndi Ermənistan ərazisində törədilmiş hərbi cinayətlərə Beynəlxalq Cinayət Məhkəməsində baxıla bilər”, - deyə paylaşımda qeyd edilib.