Ancelina Coli və Bred Pittin qızı universitetə ​​daxil oldu: Pitt soyadını istifadə etmədi

Ancelina Coli və Bred Pittin qızı Zahara universitetə daxil olub. Tələbə yataqxanasına qoşulan 18 yaşlı Zaharanın atasının Pitt soyadını istifadə etməməsi diqqət çəkib.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Spelman Universitetində təhsil alan Zahara yeni dönəmə başlayır.

Amerikada qız tələbələrin qurduğu birliklərdən biri olan "Alpha Kappa Alpha" həm də ilk qaradərili həmkarlar ittifaqıdır. Zaharanın Həmkarlar İttifaqına qoşulma mərasimində çıxış edən videosu sosial mediada qısa zamanda böyük marağa səbəb olub.

"People" bildirir ki, məşhur cütlüyün 18 yaşlı qızı özünü təqdim edərək "Mənim adım Zahara Marley Colidir. Los-Ancelesdən, Kaliforniyadan gəlirəm" deyib.

Zaharanın atasının soyadından istifadə etməməsi diqqət çəkib.

Ancelina Coli bu foto ilə qızının Spelman Universitetində oxuduğunu açıqlayıb.

2014-cü ildə ailə quran Ancelina Coli və Bred Pitt təxminən 7 il əvvəl ayrılmaq qərarına gəliblər.

Cütlük o vaxtdan bəri qəyyumluq və ya əmlak məsələləri ilə bağlı gündəmdə olublar.

Colinin Bred Pittlə evliliyindən Şilo, Noks və Vivyen adlı üç övladı var. Aktyor böyük övladı Maddoksu Kambocadan övladlığa götürüb. Aktyorun qızı Zahara efiopiyalı, Pax isə vyetnamlıdır.