Ərdoğanın Almaniyaya səfəri başlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniyaya səfəri başlayıb.
“Report” xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
O, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və kansler Olaf Şotsla görüşəcək.
Liderlərin qarşılıqlı maraq doğuran məsələləri, o cümlədən Yaxın Şərq və Şərqi Avropadakı durumu müzakirə edəcəkləri gözlənilir.