Medvedyev Zelenskini ələ saldı

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Ukrayna Prezidenti Vladimir Zelenskinin “Maydan-3”ün hazırlanması ilə bağlı sözlərini ələ salıb.
Axar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Zelenski bütün kartları qarışdırdı, planı ifşa etdi, əməliyyat hazırlığını tənzimləmək lazım gələcək. “Maydan-3” adının özü Kiyevin ilk 2 Maydan hadisələrinin dövlət çevrilişindən başqa bir şey olmadığını etiraf etməsi deməkdir”, - o bildirib.
Qeyd edək ki, Zelenski ölkədə “Maydan-3”ün hazırlanması barədə Ukrayna kəşfiyyatı və onun tərəfdaşlarından xəbərdarlıq aldığını bildirib:

“Moskva Ukrayna cəmiyyətində xaos yaratmaq niyyətindədir ki, bu da sonda “Maydan-3”ə gətirib çıxaracaq”.