Zelenski Rusiyaya qarşı sanksiyalarla bağlı yeni fərmanlar imzalayıb

Ukrayna prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiya Federasiyası vətəndaşlarına qarşı yeni sanksiyalarla bağlı qərarlarını təsdiq edən iki fərman imzalayıb.
APA-nın məlumatına görə, bu barədə prezident aparatının saytında dərc olunub.
Fərmanlara 108 fiziki şəxs və 37 şirkətin daxil olduğu üç siyahı əlavə olunur. Sanksiyalar beş və on il müddətinə tətbiq edilib.