Sanksiyalar işləmir, Qərb əziyyət çəkir - Peskov

Qərb narahatdır ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar lazım olduğu kimi işləmir.

Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Biz görürük ki, sanksiyalar bizi lazım olduğu kimi vurmadığı üçün qərblilər həqiqətən əziyyət çəkirlər. Üstəlik, biz həmişəki kimiyi, sanksiyalardan yararlanmağı bacardıq”, - Peskov bildirib.