Qazaxıstanda Rusiya kanallarını göstərən resurs qapadılıb

Qazaxıstanda Rusiya telekanallarına baxmağa imkan verən “Sputnik24” saytı hökumətin qərarı ilə qapadılıb.

Saytın bloklaması barədə xəbəri Qazaxıstan mətbuatı yayıb.

Buna səbəb kimi saytın Qazaxıstan Respublikasının ərazisində lisenziyası olmayan televiziya və radio yayımı operatorlarının və avadanlıqlarının xidmətlərinə şərti giriş kartları haqqında məlumatların yayılması göstərilir.

Məlumat üçün əlavə edək ki “Sputnik24” portalı Rusiyanın digər kanalları ilə yanaşı, “Pervıy Kanal”, “Rossiya 24”, NTV və “Russia Today-ə baxmağa şərait yaradan resursdur.

Mənbə: TASS