Polşa tank əleyhinə sursatların istehsalını artırır

Polşa tank əleyhinə döyüş sursatlarının istehsalını artırmaq niyyətindədir.

APA-nın məlumatına görə, bunu “Mesko” şirkətinin baş direktorunun müavini bildirib.

İstehsal Amerikanın Northrop Grumman Corp müdafiə korporasiyası ilə birgə həyata keçiriləcək.

"Hazırda biz Northrop Grumman ilə 120 mm-lik geniş çeşiddə döyüş sursatlarının istehsalı üçün texnologiya transferi və istehsal əməkdaşlığına hazırlaşırıq" dedi.

Kovalçukun sözlərinə görə, tərəflər müvafiq müdafiə müqaviləsini ya dekabrda, ya da 2024-cü ilin yanvarın əvvəlində imzalayacaqlar. Ölkə Ukraynada davam edən müharibə fonunda illik sursat istehsalını bir neçə mindən 70 minə çatdırmağı planlaşdırır.