Moskva vilayətində Ukraynaya məxsus PUA vurulub

Hava hücumundan müdafiə sistemləri Moskva vilayətinin ərazisi üzərində Ukraynaya məxsus pilotsuz təyyarəni məhv edib.

APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Noyabrın 19-da Moskva vaxtı ilə saat 01:00-da Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisindəki hədəflərə PUA-dan istifadə etməklə hücum etmək cəhdinin qarşısı alınıb.

Növbətçi hava hücumundan müdafiə sistemləri, Moskva vilayətinin Boqorodski şəhər ərazisində PUA-nı zərərsizləşdirib.