Ermənistan Ukraynaya silah verəcək - Sensasiya

Ermənistan ABŞ-ın köməyi ilə Ukraynaya “Toçka-U” raket sistemlərini verməyə razılaşıb.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu rusiyayönlü mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, bu məlumatı təsdiqləyən heç bir sübut yoxdur:
“Ermənistanın Ukraynaya nə qədər “Toçka-U” kompleksi verə biləcəyi də məlum deyil”.
Mənbələr Ermənistan hökumətinin KTMT-dən çıxmağa hazırlaşdığını da iddia edir.