ABŞ-ın müdafiə naziri Kiyevə gözlənilməz səfər edib

Pentaqon rəhbəri Lloyd Ostin Kiyevə səfər edib.
APA xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb.
ABŞ müdafiə nazirinin Ukraynaya gözlənilməz səfəri təhlükəsizlik məsələləri səbəbindən əvvəldən elan olunmayıb.
Ostinin sözlərinə görə, ABŞ-nin Ukraynaya dəstəyinin davamlı olması mesajını çatdırmaq üçün Kiyevdədir. Nazirin Ukrayna Prezidenti Vladimir Zelenski ilə yaxın saatlarda görüşü gözlənilir.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan indiyə qədər, bu, amerikalı nazirin Ukraynaya ikinci səfəridir.