Macarıstan Ursula fon der Leyeni hədəfə aldı - FOTO

Macarıstanın hakim partiyası Avropa Komissiyasının sədri Ursula fon der Leyeni hədəf alan reklam lövhələri quraşdırıb.
Bakupost.az xəbər verir ki, bu barədə Reuters bildirib.
Qeyd olunur ki, reklam lövhələri noyabrın 20-də peyda olub və bir gecədə quraşdırılıb.
"Reklam lövhələri gələn ilin iyununda keçiriləcək Avropa Parlamentinə seçkilər öncəsi kampaniya ilə əlaqədar quraşdırılıb. Von der Leyen bilbordlarda Macarıstan əsilli liberal maliyyəçi Corc Sorosun oğlu, Orbanın "Fides" partiyasının hədəfi olan Aleks Sorosla birlikdə təsvir edilib", - deyə xəbərdə lidirilir.
Reklam lövhəsində “Biz onların melodiyalarına rəqs etmirik” (orijinalda: “Ne táncoljunk úgy, ahogy ők fütyülnek!”) sözləri yazılıb.
Bundan əvvəl Macarıstan hökuməti Ursula von der Leyen və Aleks Sorosun illüstrasiyasını yayaraq "mühüm məsələlərlə bağlı intensiv məlumat kampaniyası” elan edib.
"Ukrainskaya pravda" isə bildirib ki, Macarıstan hökuməti əhali ilə manipulyativ “məsləhətləşmələr” elan edib: ""Məsələhətləşmələr"də əsas mövzunun Ukraynanın Aİ-yə üzvlüyünə dəstək məsələsi olacağı bildirlib".