Niderlandda parlament seçkilərində ultrasağçı partiya qalib gəlib


Niderlanddakı parlament seçkilərində ultrasağçı partiya qalib gəlib.

APA xəbər verir ki, bu barədə yerli “NL Times” nəşri yazıb.

Nəşrin sözlərinə görə, Niderlandın ultrasağçı Azadlıq Partiyası parlamentdə 37 yer qazanıb.

Bu ilki parlament seçkilərində səslərin 94 faizi artıq hesablanıb və elan edilən nəticələrə əsasən, partiyaya 2,3 milyon insan səs verib.

“GroenLinks–PvdA” partiyası isə 1,57 milyon səslə ikinci yeri tutub.