Türkiyə MN iddialra cavab verib

Türkiyə Milli Müdafiə Nazirliyi İncirlik bazasına enən təyyarələrin Kipr üzərindən İsrailə silah daşıdığı ilə bağlı iddialara cavab verib.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, Nazirlik bu iddiaların həqiqəti əks etdirmədiyini qeyd edib:
"Türkiyə olaraq qəzzalı qardaşlarımıza zərər verəcək hər hansı bir fəaliyyətə qatılmağımız və ya bu fəaliyyətlərə göz yummağımız müzakirə mövzusu deyil. Nazirlikdən həmçinin, "F-16-nın tədarükü və modernləşdirilməsi prosesi davam edərkən, diqqət mərkəzində saxladığımız tək təyyarə “Eurofighterdir””, - deyə bildirilib.