Türkiyə və Britaniya müdafiə nazirləri Ankaraya qırıcı təyyarələrin satışını müzakirə edib

Türkiyə və Böyük Britaniya müdafiə nazirləri görüşüb.
APA xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi mətbuat xidməti məlumat yayıb.
Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps Türkiyəyə səfəri çərçivəsində Ankarada həmkarı Yaşar Gülerlə görüşüb. Tərəflər “Eurofighter Typhoon” qırıcı təyyarələrinin Türkiyəyə satışı məsələsi ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Türkiyənin müdafiə naziri Yaşar Güler son açıqlamalarının birində Türkiyəyə həmin qırıcıların satılmasına Almaniyanın qarşı olduğunu bildirib. Türkiyəli nazir İngiltərə, Almaniya və İspaniyanın birgə istehsalı olan qırıcıların effektivliyini vurğulayıb.
Tərəflər həmçinin Qəzza bölgəsindəki vəziyyəti müzakirə ediblər.