Türkiyə polisi iranlı müğənninin evində axtarış apardı

Türkiyə polisi bu ölkədə yaşayan iranlı reper Əmir Məqsudinin (Tətəlu) evində axtarış aparıb və onu dindirib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin "İhlas" xəbər agentliyi məlumat yayıb.
Bu, reperin yaşadığı evdə yeniyetmə qızlara qarşı cinsi zorakılıq etməsi barədə məlumat və xəbərlərin yayılmasından sonra baş verib.
Axtarış və dindirmədən sonra iranlı sənətçi Səhər Qureyşi və başqaları Əmir Tətəlunun əməllərini təsdiq edən yeniyetmə və azyaşlı qızlarla olan vidolarını paylaşıblar.
Qeyd edək ki, hazırda Türkiyədə yaşayan iranlı reperin azyaşlı qızlara qarşı cinsi zorakılıqla bağlı hərəkətlərinə görə Türkiyə istisna olmaqla Avropa və İranla qonşu ölkələrə girişinə qadağa qoyulub.
Türkiyə polisi araşdırmaların davam etdiyi üçün mediaya əlavə məlumatlar verilməyəcəyini bildirib.