"OPEC+" nazirlərinin növbəti görüşünün vaxtı açıqlanıb

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC), "OPEC+" monitorinq komitəsi nazirlərinin görüşü, eləcə də "OPEC+" nazirlərinin tamformatlı iclası noyabrın 30-na virtual qaydada keçiriləcək.
Bu barədə “Report” OPEC-ə istinadən məlumat verir.
Bir gün əvvəl OPEC məlumat yayıb ki, OPEC-in noyabrın 25-nə planlaşdırılan iclası noyabrın 30-na təxirə salınıb. Həmin gün noyabrın 26-na planlaşdırılan "OPEC+" monitorinq komitəsi nazirlərinin iclası da baş tutacaq.