Zelenski Rusiya Prezident Administrasiyasının keçmiş rəhbərinə sanksiya tətbiq edib

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezident Administrasiyasının keçmiş rəhbəri Anatoli Çubays və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin keçmiş müavini Vladimir Sivkoviçə sanksiya tətbiq edib.

APA xəbər verir ki, bu barədə Zelenski fərman imzalayıb.

Fərmanda ümumilikdə 147 fiziki və 303 hüquqi şəxsə sanksiya tətbiq olunub.

Siyahıya müxtəlif ölkələrin, xüsusən də Rusiya, Özbəkistan, Ukrayna, Kipr, Böyük Britaniya, Almaniya və İsveçrə vətəndaşları daxildir.