Meksikanın Oaxaka ştatında avtomobilə silahlı hücum nəticəsində 9 nəfər ölüb, 4 nəfər yaralanıb.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, ştatın Qvadalupe şəhərində naməlum silahlı şəxslər hərəkətdə olan avtomobilə pusqu qurublar.
Hücum zamanı 9 nəfər hadisə yerində ölüb, biri qadın olmaqla 4 nəfər yaralanıb.
Bölgəyə çoxlu sayda təhlükəsizlik qüvvələri sövq edilib və yaralılar xəstəxanaya aparılıb.
Dövlət prokurorluğu araşdırmalara başlayıb.
Hücuma səbəb kimi qruplaşmaların qarşıdurması göstərilir.