Rusiya və Ukrayna ombudsmanları əsirlərə baş çəkiblər

Rusiya və Ukrayna Ombudsmanları eyni vaxtda iki ölkənin ərazisində yerləşən əsir götürülmüş hərbi qulluqçulara baş çəkiblər.
APA-nın məlumatına görə, bu barədə Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova Telegram kanalında məlumat verib. Onun sözlərinə görə, Ukrayna Ali Radasının insan hüquqları üzrə müvəkkili Dmitri Lubinetslə belə razılıq əldə olunub.
Hər iki ombudsman 119 məhkuma baş çəkib. Rusiyada olan ukraynalı hərbi məhbuslara səfər Rusiya Müdafiə Nazirliyinin yardımı ilə təşkil olunub. Bir çox ukraynalı onlara qohumları ilə telefonla danışmaq imkanı verildiyini bildirib. Bəziləri yaxınlarına məktub və video mesajlar göndərib.