Quterreş: İqlim böhranı fonunda bəşəriyyətin taleyi ipdən asılıdır

“İqlim böhranı fonunda bəşəriyyətin taleyi ipdən asılıdır”.
APA xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş İqlim Dəyişikliyi Konfransı çərçivəsində liderlərin sammitində çıxışında deyib.
Quterreş dünya liderlərinə "Bu konfransı gələcək üçün yeni bir ümidə çevirin" deyə müraciət edib.
BMT Baş katibi iqlim dəyişikliyinin fəlakətli təsirləri barədə xəbərdarlıq edərək, "bəşəriyyətin taleyinin ipdən asılı olduğunu" deyib.
O bildirib ki, konfrans iqlim dəyişikliyi ilə mübarizədə ümid qığılcımı olmalıdır.
“Planetimizin məhvinin, yanmasının qarşısını ala bilərsiniz. Bizə liderlik, əməkdaşlıq və siyasi iradə lazımdır. Və buna indi ehtiyacımız var", - deyən Quterreş iqlimdə ədalətli yanaşmanın "çoxdan gecikdiyini" əlavə edib.
“İnkişaf etməkdə olan ölkələr törətmədikləri fəlakətlərə görə böyük təhlükələrlə üz-üzə qalırlar”, - o deyib.