Lavrov Blinkeni qorxaq adlandırıb

ABŞ dövlət katibi Entoni Blinken ATƏT xarici işlər nazirlərinin Skopye görüşündən “qaçıb".
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Skopyedə keçirilən ATƏT Nazirlər Şurasının iclasının yekunlarına dair mətbuat konfransında bildirib.
Lavrov amerikalı həmkarını qorxaq adlandırıb: “Blinken əlində faktlarla səmimi söhbət etməkdən qorxur. Hesab edirəm ki, onlar qorxaqdırlar", - deyə Rusiya XİN başçısı vurğulayıb.