“Körpəmin rəngi ilə dedi-qodu etdilər”
Böyük Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl 2 il əvvəl "Oprah Winfrey"ə verdikləri müsahibədə övladları Arçinin dəri rəngi ilə kral ailəsindəki 2 nəfərin dedi-qodu və lağlağı etdiyini söyləyərək onları irqçilikdə suçlayıb.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, şahzadələrin adını çəkmədiyi bu 2 nəfərin kimliyi ortaya çıxıb. Şahzadə Harri ilə Meqan Marklın Atçi adlı oğulları, Lili Diana adında isə 1 qızları var. 2020-ci ildə ABŞ-yə köçərək krallıqdakı vəzifələrindən imtina edən cütlük həmin vaxtdan etibarən sensasion açıqlamaları ilə gündəmə gəlirlər. Meqan Markl verdiyi müsahibələrdə kral sarayında özünü daim basqı altında hiss etdiyini, hətta intihar etmək həddinə çatdırıldığını söyləyib. Oğluna hamilə ikən sarayda 2 nəfərin biri-biriylə söhbəti zamanı “körpənin dərisinin tünd rəngli olacağından ehtiyatlanıram” dediklərini eşidib. Mulat olduğu bilinən Meqan Markl bu söhbətdən nə qədər üzüldüyünü, kral ailəsinin əslində irqçi olduğunu söyləyib. Lakin saraydan verilən açıqlamada bu söz-söhbətlərin əsassız olduğu, şahzadə Harri, həyat yoldaşı və körpələrinin sarayda sevildikləri bildirilib. Şahzadənin “irqçi” damğası vurduğu şəxslər kimlərdir? İngilis yazar Morqana görə, bunlar kral Çarlz və şahzadə Harrinin böyük qardaşı şahzadə Uilyamın həyat yoldaşı Ket Midltondur. Yazar ictimaiyyətin bunları bilmək haqqı olduğunu da deyib.