Donald Trampın həyatı filmə çevrilir: Marvel ulduzları

ABŞ-ın keçmiş prezidenti Donald Trampın həyatı böyük ekrana gətirilir.

Sherg.az xəbər verir ki, Marvel filmlərində "Qış Əsgəri" obrazını canlandıran amerikalı aktyor Sebastyan Sten Trampı canlandıracaq.

“Şagird” adlanacaq filmi Kann mükafatlı iranlı rejissor Əli Abbasi idarə edəcək.

HBO-nun Succession serialında rol almış Emmi və Qızıl Qlobus mükafatları laureatı Ceremi Stronq və Oskar mükafatına namizəd Mariya Bakalova filmin aktyor heyətində yer alacaq.
Deadline-ın məlumatına görə, film Trampın 70-80-ci illərdə Nyu-Yorkda daşınmaz əmlak imperiyası qurmaq macərasından və onun vəkil Roy Konla münasibətindən bəhs edəcək.

Strong filmdə Kon obrazını, Bakalova isə Trampın birinci həyat yoldaşı İvananı canlandıracaq. Tramp və İvana 1992-ci ildə boşanıblar.
Filmin ssenarisini Qabriel Şerman yazacaq.