Yunanıstanın Baş Naziri Sunakın onunla görüşdən imtina etməsini şərh edib

Yunanıstanın Baş Naziri Londonla dostluq münasibətlərini davam etdirmək istədiyini bildirib.
APA xəbər verir ki, bu barədə Baş nazir Kiriakos Mitsotakis bu gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində “Bloomberg TV” kanalına müsahibəsində bildirib.
Mitsotakis bildirib ki, Parfenon heykəlləri ilə bağlı Britaniya və Yunanıstan hökumətləri arasında yaranan diplomatik qalmaqal fonunda, Yunanıstan Böyük Britaniya ilə münasibətləri davam etdirməyə sadiqliyini təsdiqləyir.
Yunanıstan hökumətinin başçısı Böyük Britaniyadan olan həmkarı Rişi Sunakın onunla görüşdən imtina etməsini arzuolunmaz hadisə adlandırıb.
"Ölkələrimizin çoxdan mövcud olan yaxşı münasibətlərini şübhəsiz ki, qorumaq niyyətindəyəm”, - deyə Yunanıstan Nazirlər Kabinetinin başçısı əlavə edib.