COVİD-19 pandemiyası və Rusiya-Ukrayna münaqişəsindən sonra dünyamız indi də İsrail-Fələstin qarşıdurmasının acı nəticələri ilə üz-üzədir.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Dubayda keçirilən 28-ci sessiyasında çıxış edərkən bildirib.
"Türkiyə bütün bu böhranlarda sülhün yanında olub, ədalət və bərabərlik üçün çalışıb", - Ərdoğan vurğulayıb.