Türkiyə XİN: Dinc əhaliyə hücumlar özünümüdafiə sayıla bilməz

“İsrail fələstinlilərə zülm etməyə və onların fundamental azadlıqlarını məhv etməyə davam etdikcə daha çox müqavimətlə üzləşəcək”.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Tütkiyə XİN-nin sözçüsü Öncü Keçelinin İsrail XİN-ə cavabında deyilir.

Qeyd olunub ki, “mövcud problemin təməlində İsrailin işğalçı münasibəti, ekspansionist addımları və qanunlara, insan haqlarına tamamilə məhəl qoymayan zülmkar hərəkətləri dayanır”.

Türkiyə XİN-nin sözçüsü dinc əhaliyə qarşı amansız hücumların heç bir halda özünümüdafiə sayılmadığını da vurğulayıb.