İsrail Qəzza zolağında əməliyyatları bərpa edib

İsrail ordusu Qəzza zolağında tam gücü ilə əməliyyatları bərpa edib.

APA-nın məlumatına görə, bu barədə “Times of Israel” müdafiə naziri Yoav Qalanta istinadən məlumat yayıb.

"Müdafiə naziri Yoav Qalant, HAMAS-ın İsraillə atəşkəs razılaşmasını pozmasından sonra ordunun "tam hərəkətə keçdiyini bildirib", - məlumatda deyilir.

Bundan əvvəl Fələstin HAMAS hərəkatının hərbi qanadı İsraildə yerləşən Aşkelon şəhərinə raket zərbələri endirdiyini bildirib.