Hollivud ulduzu təqaüdə çıxır

O, ailəsi ilə vaxt keçirmək istəyir

  Hollivud “ulduzu” Nikolas Keyç təqaüdə çıxacağını açıqlayıb. “Sherg.az” “NTV,com.tr”yə istinadən bildirir ki, “Üzsüz”, “Mələklər şəhəri”, “Müharibə tanrısı”, “60 saniyə” filmləri ilə məşhurlaşan, 1996-cı ildə Oskar mükafatı qazanmış aktyor təqaüdə çıxmaq planları barədə danışıb. Aktyor karyerasına son vermək istədiyini deyib. Qeyd edək ki, 2024-cü ilin yanvarında aktyorun 60 yaşı tamam olacaq. “Vanity Fair” dərgisinə müsahibə verən “ulduz” aktyor növbəti ildən təqaüdə çıxmaq planlarını bildirib: "Bəlkə də 3-4 film yenə çəkə bildim. Amma kino sahəsində nə lazımdırsa etdiyimi düşünürəm. Aktoyrluqda da əlimdən gələni etmişəm”, söyləyən Nikolas Keyç atasının ölümünü də xatırladıb. “Atam 75 yaşında vəfat edib. Şanslı olsam, qarşıda 15 il, ya da br az artıq zamanım qala bilər. Atamı düşünərək bu qalan zamanda nə edə bilərəm, deyə düşünürəm. Və daha çox ailəmlə vaxt keçirmək istədiyimi hiss edirəm”, söyləyən aktyor bu il daha 5 filmdə rol aldığını da xatırladıb.