Kim ağladı, dünya heyrətləndi! Salonda ancaq qadınlar olub

Şimali Koreya lideri yalnız qadınların iştirak etdiyi tədbirdə göz yaşlarını saxlaya bilməyib və həmin anlar dünya mediasında heyrətə səbəb olub.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In Pxenyanda keçirilən Milli Analar Yığıncağına qatılıb. Burada Kim, "Doğum nisbətlərinin azalmasının qarşısının alınması və uşağa yaxşı baxılması anaların vəzifələrindən biridir" deyib. O, çıxışında kommunist baxışın uşaqlara aşılanması lazım olduğunu bildirərək, analara bir vəzifə verib. Bununla bağlı Kim ölkədə doğum səviyyəsinin azaldığını da qeyd edib və ailələri uşaq sahibi olmağa çağırıb.

Kim qadınları uşaq sahibi olmağa çağırarkən göz yaşlarını saxlaya bilməyib. Şimali Koreya dövlət mediasının dərc etdiyi görüntülərdə tədbirə qatılan qadınların Kimlə birlikdə ağladığı görünüb. Qadınlardan başqa tədbirdə ağlayan daha bir şəxs Kimin yanında hərbi geyimli əsgər olub.