İllərdir xərçənglə savaşır: "Əməliyyatdan əvvəl bildim ki, ərim məni aldadır"

Gəncliyində rol aldığı 'Beverly Hills, 90210' (Evimiz Hollivuddadır) serialı ilə tanınan Şannen Doherti 2020-ci ildə qatıldığı televiziya proqramında mübarizə apardığı və məğlub etdiyi xərçəngin təkrarlandığını açıqlayıb. İndi o xəstəliyin dördüncü mərhələdədir.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, göz yaşlarını saxlaya bilməyən məşhur ad son aylarda xərçəngin beyninə keçdiyini açıqlayıb. Beyin əməliyyatı keçirən Doherti, "Böyük həkimlərə və böyük texniklərə sahib olduğum üçün şanslıyam" deyə bildirib.


Bu yaxınlarda "Let's Be Clear" podkast proqramına qatılan 52 yaşlı aktrisa 2011-ci ildə evləndiyi və ötən ilin aprelində boşanma ərizəsi verdiyi əri Kurt İsvarienkonun beyin əməliyyatından əvvəl onu aldatdığını öyrəndiyini açıqlayıb. 

"Evliliyimin əslində bitdiyini və ərimin iki ildir məni aldatdığını öyrəndikdən sonra əməliyyata getdim. Kurt mənimlə xəstəxanaya gəlib yanımda olmaq istəyirdi, amma o, orada olarkən əməliyyat olmaq istəmədiyimə qərar verdim.

"Mənə xəyanət edildi" deyən Şannen, "Günün sonunda 14 il birlikdə olduğum və bütün qəlbimlə sevdiyim biri tərəfindən sevilmədiyimi hiss etdim" deyib.

Məşhur adı həyat yoldaşı müşayiət etməsə də, anası, qardaşı və ən yaxın dostu Chris də onun yanında olub. Əməliyyat uğurlu keçsə də, o, hələ də kimyaterapiya keçərək xəstəliyi ilə mübarizəni davam etdirir.


İsvarienkodan əvvəl 1993-1994-cü illərdə Eşli Həmilton, 2002-2003-cü illərdə isə Rik Salomon ilə evli olan aktrisa "3 dəfə evlilikdə uğursuzluğa düçar oldum, amma yenə də sevgiyə inanıram" demişdi.